MANNOL White Grease 8121
Ağ Litium Yağı (White Grease) – litium sabunu əsasında hazırlanmış, yüksək istilik davamlılığına və yuyulmaya qarşı müqavimətə malik çoxməqsədli texniki yağdır. Mexanizmlərin hərəkətli hissələrinin, rulmanların, birləşmələrin, dişli ötü...
Ağ Litium Yağı (White Grease) – litium sabunu əsasında hazırlanmış, yüksək istilik davamlılığına və yuyulmaya qarşı müqavimətə malik çoxməqsədli texniki yağdır. Mexanizmlərin hərəkətli hissələrinin, rulmanların, birləşmələrin, dişli ötürmələrin və saplı birləşmələrin yağlanması üçün nəzərdə tutulub. Sürtünməni azaldır, nəmi uzaqlaşdırır, korroziyadan qoruyur və mexanizmlərin donmasının qarşısını alır. Avtomobillərdə və gündəlik məişətdə istifadəyə yararlıdır.
Xüsusiyyətləri:
-Tez və dərin nüfuz edir, yapışqan təbəqə buraxmır;
-Sıx qoruyucu qat əmələ gətirir və metal səthlərə etibarlı yağlama təmin edir;
-Tərkibindəki korroziya inhibitorları səthləri paslanmadan və oksidləşmədən qoruyur;
-Qoruyucu qat sürtünməyə, təzyiqə və vibrasiyaya davamlıdır;
-Yüksək özlülüyə malikdir, eyni zamanda silikon və həlledicilər tərkibində yoxdur;
-Elastik quruluşa malikdir və səthə tam şəkildə yapışaraq onu bərabər örtür;
-İstifadəsi rahat, tətbiqi sürətli və sərfəlidir.
Tətbiq sahələri:
-Avtomobillər, su mühəndisliyi, kənd təsərrüfatı və bağ texnikası, sənaye və məişət avadanlıqları.
Aşağıdakı hissələrin yağlanması və qorunması üçün tövsiyə olunur:
-Əyləc sistemi hissələri
-Akumulyator kontaktları
-Qapı kilidləri və menteşələr
-Kapot və baqaj mexanizmləri
-Şüşəsilən mexanizmləri
-Pəncərəqaldıran sistemlər
-Oturacaq relsləri
-Metal qollar, troslar və digər hərəkətli hissələr