MANNOL Reifen Doctor 9906
Reifen Doctor – kameralı və kamerasız təkərlərdə, həmçinin tökmə və ya ştamplı disklərdə sökülmədən təcili deşik təmirinə uyğun asan istifadəli xüsusi sprey vasitəsidir. Tətbiq olunduqda əmələ gələn köpük hava ilə qarşılıqlı təsirdə uzu...
Reifen Doctor – kameralı və kamerasız təkərlərdə, həmçinin tökmə və ya ştamplı disklərdə sökülmədən təcili deşik təmirinə uyğun asan istifadəli xüsusi sprey vasitəsidir. Tətbiq olunduqda əmələ gələn köpük hava ilə qarşılıqlı təsirdə uzunmüddətli vulkanizasiya edən plyonka yaradaraq 5 mm-ə qədər olan bütün növ deşikləri və hava sızmalarını tez və etibarlı şəkildə bağlayır. Avtomobillər, yüngül yük maşınları və qoşqular üçün bütün ölçülərdə təkərlərdə istifadə edilə bilər. Kənarların və uzun kəsiklərin olduğu, həmçinin kameranın diskin üzərindən çıxmış olduğu hallarda istifadə olunmur.
Xüsusiyyətləri:
Uzun müddət aktiv qalaraq hava sızmasının qarşısını alır, hətta təkrar deşilmələrdə də sızmalar baş vermir.
Disk səthində oksidlərin və pasın əmələ gəlməsinə səbəb olmur.
Təkər balansına təsir etmir.
Soyuq havada donmur.
İstifadə qaydası:
İmkan varsa, deşilməyə səbəb olan əşyanı (mismar, vint və s.) çıxarın. Təkəri deşik olan tərəfi aşağı çevirin və təkərdəki qalan havanı tamamilə boşaldın.
Soyuq havada balonu minimum +15 °C temperaturuna qədər isidin (məsələn, avtomobilin içərisində). Sonra balonu yaxşıca çalxalayın.
Balonun birləşdiricisini təkərin ventilinə taxın.
Balonu şaquli vəziyyətdə saxlayaraq bütün məzmununu təkərə vurun. Bir balon 15'' təkər diametri üçün kifayətdir.
Təkəri lazım olan təzyiqə qədər şişirdin. Köpüyün təkərin içində bərabər yayılması və deşiklərin etibarlı bağlanması üçün 70 km/saat orta sürətlə 10-15 km məsafə qət edin.
İmkan olan kimi təkərin professional təmiri üçün SƏT-ə (servis mərkəzinə) müraciət edin. O vaxta qədər təkərdəki hava təzyiqinə mütəmadi nəzarət edin.
Qeyd: Təkər təzyiqinə nəzarət sistemləri (TPMS) olan avtomobillərdə birbaşa ölçmə üçün uyğun deyil.