Favorit POWER TOOLS GREASE PT-1

FAVORIT POWER TOOLS GREASE PT sürtgü yağı mineral yağlar əsasında hazırlanmış, litium-kalsium sabunları ilə qatqılaşdırılmış və aşınmaya qarşı xüsusi əlavələr ehtiva edən sürtgüdür. Benzinli, elektrikli və pnevmatik alətlərdə istifadə ü...






Kod: PT-1
Kateqoriya: Litol
Brend: Favorit

FAVORIT POWER TOOLS GREASE PT sürtgü yağı mineral yağlar əsasında hazırlanmış, litium-kalsium sabunları ilə qatqılaşdırılmış və aşınmaya qarşı xüsusi əlavələr ehtiva edən sürtgüdür. Benzinli, elektrikli və pnevmatik alətlərdə istifadə üçün nəzərdə tutulmuşdur və alətlərin uzunömürlülüyünü və iş effektivliyini təmin edir.

Analoqları ilə müqayisədə metala daha yüksək yapışma (adheziya) qabiliyyəti ilə seçilir, detalların sürtünmədən və aşınmadan qorunmasını təmin edir, korroziyanın yaranmasının qarşısını alır. Yüksək nüfuzetmə qabiliyyəti sayəsində çətin əlçatan hissələrə asanlıqla yayılır, həddindən artıq qızmanı azaldır, texniki xidmət xərclərini minimuma endirir və elektroalətlərin ümumi istismar müddətini artırır.

Tətbiq sahəsi:
Tikinti, bağ və məişət alətlərində podşipniklərin, reduktorların, ulduz dişlilərin və şlitsli birləşmələrin yağlanması üçün nəzərdə tutulur.

Detalları aşınmadan və ilişmədən (kilidlənmədən) qoruyur, üzərinə sürtgü tətbiq edilmiş hissələrin istismar müddətini -20°C-dən +120°C-yə qədər temperatur intervalında artırır.