
MANNOL 4-Takt Plus 10W-40 7202
Müasir 4-taktlı mühərriklər üçün yüksək keyfiyyətli ester tərkibli sintetik mühərrik yağıdır. Daxili və ya inteqrə edilmiş sürət qutusu və yağ vannasında olan muftası (vətər) ilə təchiz olunmuş iki təkərli nəqliyyat vasitələri ü...
▪️ API SL
▪️ SAE 10W-40
▪️ JASO MA/MA2
Müasir 4-taktlı mühərriklər üçün yüksək keyfiyyətli ester tərkibli sintetik mühərrik yağıdır. Daxili və ya inteqrə edilmiş sürət qutusu və yağ vannasında olan muftası (vətər) ilə təchiz olunmuş iki təkərli nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur. Hava və ya maye soyutmalı mühərriklər üçün uyğundur. Quru muftalı mühərriklərdə də istifadə oluna bilər. Mühərrik və transmissiyanın uzunömürlü və etibarlı işləməsini təmin etmək üçün hazırlanmışdır.
Məhsul Xüsusiyyətləri:
Xüsusi aşqar paketi və sintetik komponentlər sürtünmə elementlərində yüksək dartılma əmsalı təmin edir, sürüşmənin və vaxtından əvvəl aşınmanın qarşısını alır. Bu isə sürətlənmə, sabit sürətlə hərəkət və işə düşmə zamanı dəqiq və yumşaq mufta (vətər) işləməsini təmin edir. Bununla yanaşı, asan və rahat sürət dəyişimini təmin edir;
Ester tərkibi sayəsində mükəmməl sürtünmə əleyhinə, aşınma əleyhinə və ilişmə əleyhinə xüsusiyyətlər təqdim edir. Bu isə yanacaq sərfiyyatını azaldır, mühərrikin gücünü artırır və istismar müddətini uzadır. Silindr divarlarını maksimum qoruyur;
Yüksək istilik-oksidləşmə sabitliyi və yüksək temperatur müqaviməti sayəsində güclü və davamlı yağ təbəqəsini qoruyur, bu da soyuq havada mühərrikin asan işə düşməsini təmin edir;
Yüksək viskozite indeksi sayəsində bütün iş rejimlərində stabilliyini qoruyur;
Xüsusi yuma və dispersiya xüsusiyyətləri mühərrik hissələrinin maksimal təmizliyini təmin edir;
Mükəmməl köpük əleyhinə xüsusiyyətlərə malikdir, bu da daha sabit və rahat işləmə imkanı yaradır;
Yüksək effektivliyə malik korroziya inhibitorları mühərrik hissələrini korroziyadan qoruyur;
Eyni növ mineral və sintetik yağlarla qarışdırıla bilər, uyğunluq problemi yaratmır.
İstifadə Sahələri:
Benzinlə işləyən 4-taktlı mühərriklər üçün uyğun olan nəqliyyat vasitələri:
Şosse və off-road motosikletləri
Mopedlər və skuterlər
Kvadrisikl (ATV) və digər dörd təkərli nəqliyyat vasitələri
“Yaş” muftaya malik digər iki təkərli texnika (katalizatorsuz modellər)
Mühərrik istehsalçısının təlimatlarına, xüsusilə yağ dəyişmə intervallarına ciddi şəkildə əməl edin!